Talibanla danışıqlar apara bilərik - Ərdoğan

Bildiyiniz kimi, bütün əsgərlərimizi Əfqanıstandan geri çəkdik. Əfqanıstanda hərbi varlığımız yoxdur.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Lakin, Taliban bizimlə əməkdaşlıq edərsə, Talibanla görüşməyimizə heç bir problem yoxdur. Çünki Əfqanıstan xalqı çoxəsrlik tariximiz olan bir xalqdır. Rəhbərliklə də harmoniya olarsa, hər cür danışıqlar apara bilərik. Qapımız da buna açıqdır. Hazırda biz Kabil Hava Limanının təhlükəsizliyini təmin etmirik, amma gələcəkdə bu ola bilər”, - deyə Ərdoğan bildirib.