Azərbaycanda 17 hotelə ilk milli və beynəlxalq sertifikat təqdim edilir

Azərbaycanda 17 hotelə ilk milli və beynəlxalq sertifikat təqdim edilir

Bu gün Azərbaycanda 17 hotelə ilk milli və beynəlxalq sertifikat təqdim ediləcək.

ONN media  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasınsa Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyib.

O bildirib ki, ulduz sertifikatı almaq məcburi xarakter daşımır: "Ümumilikdə, 43 otel ulduz almaq üçün müraciət edib. Onlardan yalnız 17-sinə sertifikat veriləcək. Digərlərində isə müəyyən nöqsanlar aşkar edilib. Həmin məsələlər aradan qaldırıldıqdan sonra onlara da ulduz verilməsi məsələsinə baxılacaq. Ulduz alan otellərdə 3-ü 4 ulduzlu, qalanları isə 5 ulduzludur. Digər ulduzlar üçün isə müraciət olunmayıb".

Geri qayıt