Gürcü xüsusi təyinatlıları Batumiyə göndərildi

Gürcüstan xüsusi təyinatlıları Zuqdididən Batumiyə göndərilib.
ONN media xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkəyə döndüyünü açıqlamışdı. Gürcü Arzusu Partiyası isə onun qayıtması barədə məlumatları təkzib etmiş, Saakaşvilinin Batumidən yaydığı videonu isə feyk adlandırmışdı.