Saakaşvilinin yeni müraciəti yayıldı

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bu gün həbs edilməzdən əvvəl lentə aldığı videomüraciəti yayılıb.
ONN media xəbər verir ki, Saakaşvili videoda Gürcüstanın paytaxtı Tbilisidə olduğunu və az sonra həbs edilə biləcəyini deyib. O, bütün seçiciləri növbəti dəfə sabah keçiriləcək yerli seçkilərdə iştirak etməyə çağırıb:
"Mən heç nədən qorxmuram, siz də qorxmayın".