Yüksək rütbəli polis zabiti koronavirusdan vəfat etdi

Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti vəfat edib.
ONN media xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovnik-leytenantı Emin Məmmədov dünyasını dəyişib.
Bildirilib ki, E.Məmmədov koronavirusa yoluxmuşdu və bu xəstəlikdən müalicə alırdı.