ATƏT Gürcüstandakı seçkilər barədə məlumat yaydı

Gürcüstanda yerli seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə fonunda sakit keçib.
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Albert Conson bildirib.
"Seçkilər siyasi böhran və aydın qütbləşmə fonunda baş tutdu. Namizədlər ittihamlar və təhdidlər fonunda rəqabət mühitində iştirak edə bildilər", - Conson qeyd edib.