Paşinyan PLANLARI AÇIQLADI: atom elektrik stansiyası və zavod...

"Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır".
ONN media xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Baş nazir deyib ki, mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başlanılıb:
"Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz.
Mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq".