Abşeronda ev yandı

Abşeron rayonunun Fatmayı kəndində yanğın baş verib.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.