Deputat mətbuatda həkimlərin adının çəkilməsindən narazılıq etdi

Deputat mətbuatda həkimlərin adının çəkilməsindən narazılıq etdi

Deputat səhiyyə işçilərinin işgüzar nüfuzuna zərər vurulması ilə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulmasını təklif edib.

ONN media xəbər verir ki, belə bir təkliflə deputat Rəşad Mahmudov  parlamentdə çıxışı zamanı qeyd edib. 

Onun sözlərinə görə, məhkəmə qərarı olmadan səhiyyə işçilərinə qarşı ittihamlar irəli sürülür: "Bu da onların nüfuzuna və  gələcəkdə xaricə getməsinə şərait yaradır. Mən təklif edirəm ki, mətbuatda Azərbaycan səhiyyə işçilərinin adları çəkilərək məlumatların verilməsinin qarşısı alınsın. Çünki tez-tez ya həkimlərin, ya da xəstəxanaların adları çəkilir. Bu cür hallar doğru deyil".

Geri qayıt