Rusiya Telman İsmayılovun ekstradisiyasını tələb edir

Rusiya Baş Prokurorluğu Monteneqroya iş adamı Telman İsmayılovun təhvil verilməsi üçün sorğu göndərib.
ONN media xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, T.İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası ilə bağlı müraciət diplomatik kanallar vasitəsilə Monteneqronun Ədliyyə, İnsan və Azlıqların Hüquqları Nazirliyinə göndərilib.
Qeyd edək ki, İsmayılov Monteneqroda saxlanılıb. O, Rusiyaya ekstradisiya olunmaması üçün Monteneqrodan siyasi sığınacaq istəyib.