Türk lirəsi 18 qəpiyə düşdü

Türk lirəsi 18 qəpiyə düşdü

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1817 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 0,93% azalma deməkdir.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Denominasiyadan sonra cari ilin iyunun 2-də lirə 0,20 manatdan aşağı düşüb.

Geri qayıt