"Bakı Bus" avtobusu minik maşını ilə toqquşdu

"Bakı Bus" avtobusu minik maşını ilə toqquşdu

Bakıda "Bakı Bus" avtobusu qəza törədib.

ONN media  xəbər verir ki, hadisə Gənclik metrostansiyası yaxınlığında baş verib.

Belə ki, 3 saylı marşrut xətti ilə hərəkət edən "Bakı Bus" avtobusu 10 DB 555 nömrə nişanlı minik maşını ilə toqquşub.

Qəzanın minik maşınının sağa dönmək üçün düzgün mövqe seçmədiyindən baş verdiyi bildirilir.

Xəsarət alan olmayıb və sərnişinlər digər avtobusa mindirilib.

Polis hadisə yerində araşdırma aparır.

Geri qayıt