Şimali Koreya ABŞ-a ETİRAZ ETDİ

Şimali Koreya ABŞ administrasiyasının Tayvana dəstək verməsi ilə bölgədə gərginliyin artdığını bildirib.
Şimali Koreyanın Xarici İşlər nazirinin müavini Pak Myong Ho verdiyi açıqlamada ABŞ-ı Tayvan boğazına hərbi gəmilər göndərdiyinə, Tayvana silah sistemləri verdiyinə və əsgərlərə hərbi təlim keçdiklərinə görə tənqid edib.
ABŞ administrasiyasının bölgədə hərbi gərginliyi artıraraq Tayvanı dəstəklədiyini ifadə edən Pak ABŞ-ın Şimali Koreya üçün potensial təhlükə yaratdığını bildirib.