İlqarədən ETİRAF: “Yanımda olmağa layiq deyil”

“Ailə qurmaq haqda hələ düşünmürəm. Həyatda yarını tapmaq əsas deyil, əsas özünü tapıb harmoniyanda olmaqdır”.
ONN media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İnstaqramda canlı yayımda deyib.
Şəxsi həyatı barədə sualları cavablandıran müğənni bildirib ki, ailə qurmağa hazır deyil: “Kefini pozan adamla olmaqdansa, bu yaxşıdır. Hələ yanımda olmağa kimsə layiq deyil”.