Bərdədə uşaqların oynadığı qatar və avtobusu dağıdanlar tutuldu

Bərdədə uşaqların oynadığı qatar və avtobusu dağıdanlar tutuldu

Bərdə RPŞ-yə oktyabrın 23-də saat 21 radələrində şəhər parkında yerləşən “Uşaq əyləncə” mərkəzində uşaqlar üçün nəzərdə tutulmuş qatar və avtobusa zərər yetirərək yararsız hala salınması barədə məlumat daxil olub.

ONN media  xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəhər sakinləri F.Kərimli, S.Əliyev, Q.Nəcəfi, İ.Məmmədov və İ.Əliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Geri qayıt