Çində bir şəhər karantinə alındı

Çinin şimal-qərbində yerləşən Lanzhou şəhəri karantinə alınıb.
ONN media xəbər verir ki, buna səbəb 4 milyon əhalisi olan şəhərdə koronavirusa yeni yoluxma hallarının artması olub.
Məlumata əsasən, şəhərin yerli rəhbərliyi sakinlərə təcili hallar xaricində evdən çıxmamağı tapşırıb.
Qeyd olunur ki, qapanma ilə bağlı qərar bütün yaşayış məntəqələrinə şamil edilir.