Bakıda yaşayış binası yandı

Bakıda yaşayış binası yandı

Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt