"Legiya" Mahir Emreliyə görə onu MƏHKƏMƏYƏ VERİR

"Legiya" Mahir Emreliyə görə onu MƏHKƏMƏYƏ VERİR

Polşanın "Legiya" klubu komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

ONN media xəbər verir ki, bununla bağlı klubun rəsmi "Twitter" səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, Varşava təmsilçisi məsələ ilə əlaqədar bəyanat yayıb.

Qeyd olunub ki, veteran forvarda qarşı hüquqi addımlar atılacaq. Bundan əlavə, bəyanatda Mahir Emreli də daxil olmaqla bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə təkzib edilib.

Geri qayıt