İntihar edən qadın KİMDİR?

İntihar edən qadın KİMDİR?

Bərdə rayonunda özünü kanala ataraq intihar edən qadının kimliyi məlum olub.

ONN media xəbər verir ki, araşdırma zamanı onun Ağdam rayonu Bənövşələr kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanova Ətlaz Hüseyin qızı olduğu müəyyən edilib.

Qeyd edək ki, oktyabrın 31-də Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində qadın meyiti tapılıb. FHN-nin xilasetmə qüvvələri tərəfindən meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt