Metroda 17 nəfəri yaralayan "Joker" edam edilmək istəyir

Yaponiyanın paytaxtı Tokyo şəhərində “Joker” obrazının geyimi ilə bıçaqla 17 nəfəri yaralayan şəxs dindirilib.
ONN media xəbər verir ki, metroda yanğın törədən 24 yaşlı şəxs “Joker” obrazının fanatı olduğunu deyib. O bildirib ki, məqsədi azı 2 nəfəri öldürərək edam cəzasına məhkum edilmək olub.
60 yaşlı yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Şübhəli şəxs həbs edilib.
Qeyd edək ki, “Joker” Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmidir. "Joker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaradıb.