Bakıda qaçırılan 14 yaşlı qızdan XƏBƏR VAR

Bakıda qaçırılan 14 yaşlı qızdan XƏBƏR VAR

Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərtidir) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun hansı məqsədlə qaçırıldığı hələ ki, məlum deyil.

Geri qayıt