Nyu Yorkda Zəfər Günü ilə bağlı avtoyürüş keçiriləcək

Nyu Yorkda Zəfər Günü ilə bağlı avtoyürüş keçiriləcək

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə ABŞ-ın Nyu York ştatında avtoyürüş keçiriləcək.

ONN media  xəbər verir ki, avtoyürüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunacaq. Yürüşdə Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillər Nyu Yorkun mərkəzi meydan və küçələrində dövrə vuracaq. Şəhərin Bruklin əyalətindən başlayacaq avtoyürüşün Manhetten adasında sona çatacağı planlaşdırılır. Avtoyürüşə Nyu York polisi bələdçilik edəcək.

Aksiya iştirakçıları tarixi Bruklin körpüsündə “Yallı” rəqsi oynayacaqlar. Yürüşün sonunda Nyu Yorkda turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Vol Strit"də (Wall Street) yerləşən "Boulinq Qrin" (Bowling Green) parkında nəhəng Azərbaycan bayrağı qaldırılacaq.

Geri qayıt