Bakıda qəbirstanlıqdan sinə daşını oğurlayan şəxs ƏLƏ KEÇDİ

Bakıda qəbirstanlıqdan sinə daşını oğurlayan şəxs ƏLƏ KEÇDİ

Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı məzarların birindən sinə daşı oğurlanıb.

 Suraxanı Rayon Polis Şöbəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt