Ankaradan Moskvaya KRİTİK ZƏNG: təhlükəsizlik məsələləri...
Türk Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi general Yaşar GÜLER rusiyalı həmkarı general Valery Gerasimovla telefonla danışıb.
ONN media xəbər verir ki, bu barədə TSK məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı aktual təhlükəsizlik məsələləri müzakirə olunub.
