Qarabağ atı almaq istəyənlərin NƏZƏRİNƏ

Qarabağ atı almaq istəyənlərin NƏZƏRİNƏ

Kənd Təsərrüfatı Nazirliyinin bu gün Qobustanda istifadəyə verdiyi müasir heyvandarlıq kompleksində Qarabağ atlarının satışına başlanılacaq.

Bunu nazirliyə məxsus "Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

"Bunun üçün "Qarabağ Atçılıq Zavodu” MMC ilə müqavilə bağlanılacaq və cins Dilboz atlarının satışı həyata keçiriləcək”, - deyə o qeyd edib.

Geri qayıt