Məktəblərdə yoluxma ilə bağlı son vəziyyət açıqlandı

“Məktəblərdə davamiyyət aşağı düşüb. Bu da təkcə istiliklə bağlı deyil, müxtəlif səbəblərdədəndir”.
ONN media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti həftənin birinci günü yəni 15 noyabrdan məktəblər istiliklə təmin olunacaq və uşaqlar da isti məktəblərdə təhsilini davam etdirəcəklər.
M.Vəliyeva əlavə edib ki, yoluxmalarla əlaqədar paytaxtda təxminən 10-a yaxın məktəb bağlanır və yenidən açılır:
“Artıq bu vəziyyət tənzimlənir. Lokal olaraq vəziyyəti tənzimləməyə çalışırıq”.