Daha bir yüksək vəzifəli general işdən çıxarıldı

Daha bir yüksək vəzifəli general işdən çıxarıldı

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb.

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a məlumatı təsdiqləyiblər. 

Xatırladaq ki, V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2004-cü il tarixli 392 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, Vidadi Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin keçmiş müavini general-leytenant Vahid Əliyevin qardaşıdır. 

275832
Geri qayıt