Hamlet Ağadadaş oğlu Qurbanovun vəfat etdiyi gündür

Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.
ONN media xəbər verir ki, bu fikri o, “ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, “Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVİD-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.
“Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEK+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEK+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - V.Ələkbərov qeyd edib.(axar.az)