Deputatdan nazirə müraciət

Görmə qabliyyəti məhdud olanlar ali məktəbə daxil olub, bitirdikdən sonra işlə təmin olunmasında ciddi problemlərlə üzləşirlər.
Bunu deputat Qənirə Paşayeva parlamentdə çıxışı zamanı deyib.
Deputat nazirlərin parlamentin iclasında iştirakından istifadə edərək üzünü onlara tutub və ali məktəbi bitirən görmə məhdudiyyətli şəxslərin işlə təmin olunma səviyyəsini soruşub.
"Mən təhsil nazirindən, əmək və əhalinin sosial müdafiəsi nazirindən soruşmaq istərdim ki, indiyədək neçə nəfər bu kateqoriyadan olan şəxs işlə təmin olunub. Bu insanların işlə təmin olunmasına diqqət yetirilsin" - deputat bildirib.