Banklara 816 milyon manatlıq kredit geri qaytarılmayıb

Banklara 816 milyon manatlıq kredit geri qaytarılmayıb

2021-ci il oktyabrın 31-nə Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin həcmi 815,9 mln manat təşkil edib.

Vaxtı keçmiş kreditlər 16 415,9 mln manatlıq kredit portfelində 4,97% paya malikdir. 

Cari ilin sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi isə 5,5% təşkil edirdi. 

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə problemli kreditlərin həcmi 18,9%, cari ilin sentyabr göstəriciləri ilə müqayisədə 6,3% azalıb.

Geri qayıt