Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərləndi

Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərləndi

Goranboy rayonunda qadın dəm qazından zəhərlənib.

ONN media xəbər verir ki, hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü N.Əmrəhova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Geri qayıt