Tovuzda AĞIR QƏZA: ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun girişində, Olimpia Kompleksinin qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobil toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev dünyasını dəyişib. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, hadisə baş verən yerdə dəfələrlə ağır yol qəzaları baş verib.
Faktla bağlı araşdırma aparılır.