Gürcüstanda soydaşımız qətlə yetirildi

Gürcüstanın Bolnisi rayonunun Kolayır kənd sakini Yaşar Bayramov Zuqdidi rayonunda bıçaqlanaraq qətlə yetirilib.
ONN media gürcü mediasına istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü gənci Zuqdidi rayon sakini bıçaqlayıb.
Məlumata əsasən, bıçaqlanma hadisəsi ticarət zamanı arada yaranan mübahisə zəmnində baş verib.
Faktla bağlı cinayət işi açılıb.