Rusiya iş adamları Azərbaycanda çalışmağa maraq göstərir

Rusiya iş adamları Azərbaycanda çalışmağa maraq göstərir

"Rusiya iş adamları Azərbaycanda sahibkarlıq fəaliyyətə maraq göstərir".

ONN media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanda “KamAZ” kimi Rusiyanın böyük şirkətinin fəaliyyət göstərdiyini xatırladıb: “Hazırda qarşımızda Şimal – Cənub, Şərq – Qərb arasında bağlantılar qurmaqla bağlı yeni imkanlar açılıb. Bundan Avrasiya İqtisadi Birliyi yalnız qazana bilər”.

A.Overçuk həmçinin Azərbaycanla Rusiya arasında enerji, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq olduğunu da bildirib.

Geri qayıt