SON DƏQİQƏ: Bakıda avtobus dəhşətli qəzaya uğradı - Çoxsaylı yaralılar var

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
ONN media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məumat yayıb.
Qeyd edilib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var: "Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var".