Saakaşvili əlil ola bilər - Həyat yoldaşı

Saakaşvili əlil ola bilər - Həyat yoldaşı

Mixeil Saakaşvilinin yaddaş problemi var.

ONN media xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib.

“Nevrologiya ilə əlaqəli bir sıra xəstəlikləri var. Buraya beynin fəaliyyətinə təsir edən problemlər daxildir. Bu onun hərəkətlərinin koordinasiyasına, necə hərəkət etməsinə və yeriyə bilməsinə çox təsir edir. Təəssüf ki, onda əlilliyə səbəb ola biləcək çox ciddi simptomatik xəstəliklər yaranır”, - Yasko bildirib.

Geri qayıt