Bakıda dəhşətli hadisə - 8 yaşlı uşaq öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Ötən gün axşam saatlarında Binəqədi rayonu, Fatmayı bağları massivində "Mercedes" markalı avtomobillə yolu keçməyə çalışan 2013-cü il təvəllüdlü oğlanı vurub.
Ağır xəsarət alan azyaşlı xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.