Ermənistanda deputatlar əlbəyaxa dava etdilər

Ermənistanda deputatlar əlbəyaxa dava etdilər

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatlar arasında əlbəyaxa dava düşüb.

ONN media xəbər verir ki, erməni deputatlar Hayk Sərkisyanla Narek Qriqoryan insident yaşanıb. Davaya səbəb isə Qavar yaşayış məntəqəsində yerli özünüidarəetmə orqanlara seçkilər üstündə baş verib.

Belə ki, deputat Narek Qriqoryan seçkilərə məsul və cavabdeh olan deputat Hayk Sərkisyandan hesabat tələb edib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb, mübahisə qızışaraq sonda  əlbəyaxa davaya çevrilib.

Geri qayıt