Azərbaycanda dollara tələbat kəskin artdı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ONN media xəbər verir ki, hərracda tələb 130,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 27,8% artıb.