"Barselona" dünya ulduzuyla razılığa gəldi
"Barselona" və "Mançester Siti" Fernan Torres transferi üçün razılığa gəlib.
ONN media xəbər verir ki, Kataloniya klubu bu keçid görə "şəhərlilər"ə 55 milyon avro ödəyəcək.
Torresin klubuyla sözləşməsi 2025-ci ildə başa çatır.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm "Mançester Siti"nin heyətində 7 maçta 3 qol və 1 məhsuldar ötürmə edib.
