Bakının ən böyük xəstəxanasında ŞOK

Bu gün Bakıda fəaliyyət göstərən ən böyük tibb müəssisəsi olan 1 saylı şəhər xəstəxanası - Kliniki Tibbi Mərkəzdə işıqlar sönüb.
ONN media bildirir ki, publika.az-ın xəstəxanada olan əməkdaşı xəbər verir ki, saat 10:30-dan xəstəxanaya elektrik verilişi dayandırılıb.
Bildirilib ki, xəstəxanada generator yoxdur və buna görə də elektrik verilişini bərpa etmək mümkün deyil.
Elektrikin kəsilməsi səbəbindən xəstəxananın istilik sistemində də problem yaranıb.