Sarayda güclü yanğın
Abşeron rayonunun Saray qəsəbəsində yanğın olub.
ONN media xəbər verir ki, ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin dam örtüyünə çəkilən şüşə-pambıqdan ibarət izolyasiya qatı və çardağına yığılan ev əşyaları 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
