Türkiyə və Ermənistan nümayəndələri Moskvada görüşə bilər

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Moskvada görüşə bilərlər.
ONN media xəbər verir ki, bu barədə Ermənistan xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan deyib.
Onun sözlərinə görə, görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur.
“Görüşün Moskvada keçirilməsinin mümkünlüyü müzakirə olunur”, - o deyib.