Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi

Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.
ONN media xəbər verir ki, bu barədə məlumatı “Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada “Arena” adlı bilyard klubunda baş verib.
İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb.