Çində güclü zəlzələ baş verdi

Çinin Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
ONN media xəbər verir ki, bu barədə Çinin Seysmologiya mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Lintszyan şəhərində qeydə alınıb.
Zəlzələnin episentri Ninlan uezdində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.