Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb

Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb


Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb.

Moskva Dövlət Universitetinin (MDU) Neft və Qazın Perspektiv Tədqiqatı İnstitutunun rəhbəri, MDU-nun Geologiya fakültəsinin yanacaq və faydalı qazıntıların geologiyası və geokimyası kafedrasının müdiri, professor Antonina Vasiliyevna Stupakova SOCAR-ın “Azneft” İB-nin baş direktoru cənab Şahmar Hüseynova təşəkkür məktubu ünvanlayıb.


Məktubda qeyd edilir ki, Moskva Dövlət Universitetinin dəstəyi ilə İki ildən bir ənənəvi olaraq “Neft və qazın qeologiyasında yeni ideyalar” adlı beynəlxalq konfrans keçirilir. Bu ilin 27-28 may tarixlərində 1700-dən çox mütəxəssisin iştirak ilə növbəti beynəlxalq konfrans təşkil olunub. Konfransda iştirak edən Azərbaycandan yeganə iştirakçı, “Azneft” İB-nin şöbə rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədovun “Karbohidrogen ehtiyatlarının həcminnin qeyri-müəyyənliyinə geoloji-texniki amillərin təsiri” mövzusunda onlayn məruzəsi xüsusi marağa səbəb olub. Dinləyicilərin diqqətinə çatdırılan çıxış indeksli məruzələr toplusunda da dərc edilib.


Professor A.V.Stupakova elmi-praktiki fəaliyyətlərinin genişləndirilməsi istiqamətində əməkdaşlar üçün lazımi şəraiti yaratdığına görə “Azneft” İB-nin baş direktoruna minnətdarlığını bildirib və cənab Şahmar Hüseynovun timsalında “Azneft” İB-nin mütəxəsslərini növbəti konfranslarda iştiraka dəvət edib.

Geri qayıt