Almatıda xüsusi anti-terror əməliyyatı keçirilir

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir.
Hakimiyyət şəhər sakinlərinə anti-terror əməliyyatının keçirilməsi ilə bağlı SMS bildirişi göndərir.
Vətəndaşlardan təhlükəsiz yerdə qalmaları xahiş olunur. Qazaxıstan Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.