Daşkəsəndə qanunsuz silah saxlayan şəxs tutuldu

Daşkəsəndə qanunsuz silah saxlayan şəxs tutuldu

Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan 1 ədəd TOZ-16 markalı, qoşa lüləli ov tüfəngi aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Geri qayıt