Hindistanda qatar relsdən çıxdı: ölənlər var

Hindistanda qatar relsdən çıxdı: ölənlər var

Hindistanın Qərbi Benqal əyalətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı qəza törədib.

ONN media xəbər verir ki, qatarın azı beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Qurbanların sayının artacağı istisna edilmir.

Geri qayıt