AzTV-nin əməkdaşına PA-da yüksək vəzifə verildi

AzTV-nin əməkdaşına PA-da yüksək vəzifə verildi

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.

ONN media xəbər verir ki, o, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, peşəkar televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası tanınmış jurnalist Əhməd Qədiroğludur. O, uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.(konkret.az)

Geri qayıt